Dağlıq Qarabağın Əsgəran rayonu olduğu ehtimal olunan hissəsində şəkil çəkdirən erməni qızının fotosu sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qollarını havaya açmış qızın arxa fonunda istiqamət bildirən lövhədə rusca Bakı, Ağdam, Fizuli və Yevlaxın adı yazılıb.
Lövhənin sovet dövründə qaldığı açıqca görünür. Arxa planda isə ermənilərin dağıtdığı Azərbaycan kəndi yer alır.
