Bakı şəhərinin Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Babayev Emin Kənan oğlunun axtarışları başa çatıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, E.Babayevin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
09:08
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.