Cahangir Hacıyevin, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, şəhid ailələrinin sığorta pullarına ödənilsin.
Oxu.Az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdəki çıxışında deyib.
Millət vəkili Qarabağ uğrunda müharibədə 24 min vətən övladının şəhid olduğunu qeyd edib:
“Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim.
Cahangir Hacıyevin Londondakı malikanələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə şəhid ailələrinin sığorta pullarına ödənilsin”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az