Noyabrın 14-də günorta saatlarında paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.
Onlar bildiriblər ki, qəza Ələt-Astara yolunun 31-ci kilometrliyində qeydə alınıb.
“Qəza nəticəsində üç avtomobil toqquşub. Üç qadın, bir kişi və uşaq xəsarət alıb”, - deyə o bildirib.
Hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
