"Bu ilin I rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib".
Oxu.Az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda deyib.
Onun sözlərinə görə, bu faktlar bir daha təsdiq edir ki, mövcud risklər artıq nəzəri xarakter daşımır, onlar realdır, dinamikdir və davamlı diqqət tələb edir:
"Kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin olunur".