Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ekspertdən İRAD: “Bu gün direktorlar şagirdə söz deməyə ehtiyat edirlər”
Bu gün həssas, bir o qədər də mühüm sahə sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. Həmin islahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar mövcuddur. Eyni zamanda, valideynləri təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür.
Bəs bu inkişaf valideyn-müəllim, müəllim-şagird münasibətlərinə nə dərəcədə müsbət təsir göstərə bilib?
Təhsil eksperti İlqar Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, valideynlər travmalı uşaqlarını məktəbə gətirirlər:
“Valideyn-müəllim, müəllim-şagird münasibətlərinin əslində bugünkü durumu həqiqətən də müzakirə mövzusudur və bu istiqamətdə kifayət qədər problemlər var. Mən birmənalı olaraq şagirdin müəllimdən qorxmağının əleyhinəyəm.
Amma bütün hallarda şagird müəllimə, müəllim də şagirdə hörmət etməlidir. Müəllim-şagird münasibətlərinin zədələnməsinin səbəbi ailələrdən qaynaqlanır. Valideyn övladına düzgün tərbiyə verməyəndə bu kimi hallar baş verir.
Direktor şagirdə söz deyə bilmir...
Təəssüf ki, valideynlər bir çox hallarda travmalı uşaqları məktəbə gətirirlər. Əlbəttə ki, məktəb həm də həmin uşaqlar üçündür. Lakin valideynlər övladlarının tərbiyəsindən məsuliyyət daşımalıdır. Təbii ki, bəzi hallarda müəllimlərdə də problemlər olur.
Lakin doğrudan da çox çətin tərbiyə olunan uşaqlar var. Bu gün sinifdə səs salan uşağa məktəb direktoru belə söz deyə bilmir, çünki ehtiyat edir. Əksər hallarda sosial şəbəkələrdə belə hallar ictimailəşəndə günahkar müəllim və məktəb rəhbərliyi göstərilir.
Belə vəziyyətdə ömründə bir kitab oxumayan və ya davranışı ilə nümunə olmayan hansısa valideyn gəlib müəllimə qarşı aqressiya nümayiş etdirir. Mən düşünürəm ki, bu cür məsələlərdə biz müəllimlərimizi, məktəbi qorumalıyıq. İctimai qınaq, maarifləndirici verilişlər mütləq şəkildə olmalıdır. Cəmiyyətimiz özü valideynləri tənbeh etməli, haqqın yanında olmalıdır.
Savadsız valideyn ordusu yaranıb və qeyd etdiyim kimi travmalı ailələr var. Məktəb mühitində, eyni zamanda ailələrdə zədələnmiş münasibətlər sistemi bərpa edilməlidir”.
"İlqar Orucov" teqi üzrə xəbərlər
- Məktəb tükənmişliyi, aqressiya, mənəvi sağlamlıq - Şagirdlər hansı testlərdən keçirilməlidirlər?
- Tələbələrin NƏZƏRİNƏ: Bütün əməliyyatlar tək kartla həyata keçiriləcək
- Ali məktəblərə qəbul balları artırılacaq?
- “İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər” - AÇIQLAMA + FOTO
- “50-60 balla xaricə üz tutanlar var ki, sonda uğurlu nəticə qazanırlar” - AÇIQLAMA + FOTO
Rəylər