Ermənistanın keçmiş Berd (indiki Tavuş) rayonu sakinlərinin həmyerli cəmiyyətinin sədri Sergey Barseqyan Azərbaycanı Qazaxa hücumla hədələyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Barseqyan BMT-nin Ermənistan təmsilçisi B.Buzettoya, ATƏT-in İrəvan ofisinin rəhbəri A.Sorokinə və s. beynəlxalq qurum təmsilçilərinə ünvanladığı məktubunda bildirib:
“Biz sərhəd könüllüləri briqadası yaradacağıq və keçmişdə ermənilərə məxsus olmuş Qazax rayonunu Ermənistanın Tavuş vilayətinə birləşdirəcəyik”.
Sərhəddə gedən atışmaya görə Azərbaycanı günahlandıran erməni icma başçısı beynəlxalq qurumlardan atəşkəsi dayandırmağı tələb edir.