İraqda demək olar ki, iki min insan terroristlərin qurbanı olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə İraq hökuməti məlumat yayıb.
Ölkənin Səhiyyə, Daxili İşlər və Müdafiə Nazirliklərinin yaydığı hesabatda qeyd edilir ki, həlak olan 1922 insandan 1393-ü mülki şəxs olmaqla, 149 polis və 380 hərbçi öldürülüb. Bununla da İŞİD terroristlərinin silahsızlara qarşı daha amansız olduğu aydın olur.
İŞİD qüvvələri iyunun əvvəlindan daha fəallaşaraq ölkənin şimalında bir neçə rayonu zəbt edib.