Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Evdə müalicə alan və nəzarətdə olan şəxslərin sayı açıqlandı - RƏSMİ
“Bakı şəhəri üzrə evdə müalicə alan və nəzarətdə olan 10 min 202 şəxs var”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, xəstələrin ev şəraitində müalicəsinə artıq iki həftədir başlanılıb:
“Səhiyyənin üzərinə düşən yük çox oldu. Regionlarla yanaşı, Bakıda da yoluxma sayı çoxdur. Bu səbəbdən xəstəxanaların yükünün azaldılması məqsədilə yüngül simptomlu xəstələrin ev şəraitində müalicələrinə başlanılıb. Onlar arasında yüngül, nəticəsi neqativ olsa da, COVID xəstəsi ilə ünsiyyətdə olanlar var.
Hələlik regionlarda bu üsulun tətbiqinə gərək yoxdur. Əgər ehtiyac olarsa, regionlarda da bu məsələyə baxıla bilər”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər