Gəncənin girişində möhtəşəm kompleks tikilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Qala kompleksinin inşasına 2011-ci ilin sentyabrında başlanıb. Hündürlüyü 22 m, eni 5 m, uzunluğu 50 metr olan qalanın əsas hissəsi 5 mərtəbəli, baş sütun hissəsi ilə birlikdə 7 mərtəbəlidir.
Qarşısında 75 m hündürlüyündə dövlət bayrağı ucaldılıb və ətrafında park salınıb, 2 fəvvarə və 60 müasir işıq dirəyi quraşdırılıb. Parkda kafe fəaliyyət göstərəcək.
Qala kompleksinin sağ cinahında uzunluğu 4 m, hündürlüyü 2,4 m, eni 1,5 m olan qoşa şir və onların qarşısında diametri 5,5 m olan Gəncənin gerbi quraşdırılıb.
Gəncə darvazalarının eni 5 m, hündürlüyü 7 metrdir. Sağ qaladan sol qalaya keçmək üçün yeraltı tunel salınıb. Eni 4 m, hündürlüyü 3,5 m, uzunluğu 62 m olan yeraltı tunel hər iki qalanı birləşdirir.
Qalanın içərisində müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək. Belə ki, 1-ci mərtəbə şəbəkələr, işiqlandırma sistemi və işçi otağından (230 kv.m) ibarətdir.
2-ci mərtəbədə kafe (61 kv.m), mətbəx (28 kv.m), 3-cü mərtəbədə muzey (104 kv.m), 4-cü mərtəbədə restoran (104 kv.m), mətbəx (28 kv.m), 5-ci mərtəbədə seyrəngah (baxış ərazisi 122 kv.m), muzey direktorunun otağı (28 kv.m) yerləşir. 6-cı mərtəbə muzey (86 kv.m), 7-ci mərtəbə isə seyrəngahdan (baxış ərazisi 28 kv.m) ibarətdir.







www.oxu.az