Yemək yazarı Sahrap Soysal Türkiyənin ən məşhur yemək proqramı aparıcılarındandır, o həm gəzir, həm bişirir, həm də möcüzəvi dəyişikliklər edəcək mətbəx sirlərini bölüşür. Nurlu siması, geniş izahetmə qabiliyyəti və səmimiyyəti ilə hər gün evlərə “qonaq’’ olur. Son bir ayda o, tez-tez Azərbaycanla bağlı öz “Instagram” hesabından paylaşımlar yayımlamağa başladı və bu, aparıcının azərbaycanlı izləyicilərinin gözündən qaçmadı.
Yemək eşqi onu möhtəşəm ləzzətlərin diyarı Azərbaycana biganə qalmamağa sövq etdi. Sahrap xanım yeni yemək və səyahət proqramı ilə bu dəfə azərbaycanlı tamaşaçılarının qonağı olacaq.
Səyahətçi və qurman Sahrap xanımın gəzinti proqramında ən möcüzəvi köməkçisi ‘‘Möcüzə’’ yağları onunla olacaq. Sahrap Soysal Möcüzə ilə birlikdə 12 bölgə və şəhəri gəzərək Azərbaycan kulinariyasını öz baxışından təqdim edəcək. 12 buraxılış ilə yayımlanacaq ‘‘Qaşıq-qaşıq “Möcüzə’’ proqramında bizi möcüzəli reseptlər və söhbətlər gözləyəcək!
Fevral ayının 24-dən etibarən hər bazar günü saat 11-da “Xəzər” TV-nin ekranlarında diyarımızı Sahrap Soysalla qarış-qarış gəzib, qaşıq-qaşıq dadacaqsınız!