Azərbaycanın Gürcüstandakı səfirliyi Rustavi şəhərində baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyətini diqqətdə saxlayır.
Oxu.Az xəbər verir ki, səfirlikdən “Report”un Gürcüstan bürosuna bildirilib ki, diplomatik korpusun əməkdaşı Rustavi Şəhər Mərkəzi Xəstəxanasına baş çəkəcək və orada müalicə olunan azərbaycanlıların vəziyyəti ilə maraqlanacaq.
Qeyd edək ki, bu gün günorta saatlarında Gürcüstanın Rustavi şəhərində ağır yol qəzası baş verib. Nəticədə Gürcüstan vətəndaşı olan 10 azərbaycanlı və 1 Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
16.10
Gürcüstandan Azərbaycana hərəkət edən mikroavtobus Kvemo Kartli regionunun Alqeti kəndində “Jiquli” ilə toqquşub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan KİV Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Hadisə Tbilisi-Qırmızı körpü yolunun 33-cü kilometrliyində baş verib. Qəza nəticəsində mikroavtobusdakı yeddi sərnişin və avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan mediası yaralıların həmyerlilərimiz olduğunu bildirib.
Mikroavtobus sərnişinləri hadisəyə “Jiquli” markalı avtomobilin səbəb olduğunu qeyd ediblər.