Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İnsanın yaşı ilə nikbinliyi arasında əlaqə aşkarlandı
ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyənləşdiriblər ki, insanın yaşı ilə onun dünyaya pozitiv baxa bilmək bacarığı arasında əlaqə mövcuddur.
Bununla bağlı keçirilmiş tədqiqatın nəticələri “Journal of Research in Personality” nəşrində dərc edilib.
Elmi tədqiqatda məqsəd nikahın, boşanmaların, yeni işə başlamağın, pensiyaya çıxmağın, eyni zamanda səhhətdə baş verən dəyişikliklərin, həyat yoldaşının, valideynlərin və övladların itirilməsinin insanın əhvalına və nikbinliyinə təsirini öyrənmək olub.
Məlum olub ki, insanlar yaşlandıqca daha da nikbin olurlar. Hətta hər hansı problemlə qarşılaşanda belə onlar gələcəyə ümidlə baxmağı bacarırlar. Müəyyən yaş dövründə isə nikbinlik göstəricisi “plato” səviyyəsinə çatır və ahıl yaşlarda azalmağa başlayır.
Alimlər son mərhələni səhhətdə yaranan problemlərlə və insanın həyatının çox hissəsini geridə qoyduğunu dərk etməsi ilə əlaqələndirirlər. Bununla yanaşı, tədqiqatçılar qeyd edirlər ki, heç də bütün pensiyaçılar bədbinliyə qapılmır, lakin pozitiv düşünən ahıllarda da depressiya dövrlərinin sayı yüksəlir.
Tədqiqatda 16 yaşdan 101 yaşa qədər 75 min ABŞ, Almaniya və Niderland sakini iştirak edib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"