İran parlamenti şok effekti yaradan qanun layihəsini qəbul edib
Oxu.Az xəbər verir ki, “Azyaşlıların hüquqlarının qorunması və təmin olunması haqqında” adlanan qanun layihəsindəki bəndlərdən biri ataya, övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verir.
Belə ki, əgər məhkəmə atanın övladlığa götürdüyü qızı ilə evlənməsinin elə həmin qızın xeyrinə olacağı barədə qərar qəbul edərsə, o zaman belə nikah qanuni sayılacaq.
Qanun layihəsinə görə, bundan sonra İranda qızlar 13, oğlanlar isə 15 yaşdan sonra ailə həyatı qura bilərlər.
Yerli medianın fikrincə, bu qanun layihəsi “sarsaq”dır və ölkənin ən səlahiyyətli strukturu olan Mühafizəkarlar Şurası tərəfindən rədd ediləcək.
Mənbələr: http://www.theguardian.com/world/2013/sep/26/iran-lawmakers-men-wed-adopted-daughters
http://dunya.milliyet.com.tr/iran-meclisi-dunyayi-ayaga/dunya/detay/1770104/default.htm