Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İşəgötürənlər tərəfindən 477 hüquq pozuntusuna yol verilib - RƏSMİ
2021-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 62 min manata yaxın məbləğində vəsaitin ödənişinin gecikdirildiyi müəyyən edilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu, 2020-ci illə müqayisədə 46,8 faiz çoxdur:
“Həmin məbləğin 81.6%-ni əmək haqları, 5.1%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib. Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub”.
Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib:
“Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib”.
Könül Cəfərli
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Vətəndaşın əmək hüquqlarını pozdu: Şirkət 24 500 manat ziyana düşdü
- Bu il neçə əmək qanunvericiliyi tələblərinin pozulması faktı aşkarlanıb?
- Xidmət rəisi: "Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb"
- Azərbaycanda mərkəz direktoru cərimələndi - Hansı qaydanı pozub?
- Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - SƏBƏB
Rəylər