İmayıllıda gənclər çox kreativ bir aksiya keçiriblər.
Oxu.Az xəbər verir ki, rayonun Facebook-dakı səhifəsinin nümayəndələri, o cümlədən də Tərlan Səfərov tərəfindən təşkil olunan aksiya "Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq" adı altında baş tutub.
Görüşdə gənclər özləri ilə gətirdikləri kitablara arzularını və kontaktlarını yazaraq digər iştirakçılarla dəyişiblər.
Məqsəd gənclər arasında kitab oxumağa maraqın daha da artması və aktiv gənclərin bir-birini tanıması olub.
Aksiyaya "İstedadlı Gənclərin İnkişafına Dəstək" ictiami birliyi və rayon rəhbərliyi də dəstəyini əsirgəməyib.
Görüşdə 100-ə yaxın gənc, eyni zamanda rayonun tanınmış şair və ziyalıları Musa Yaqub, Maarif Soltan, Şahməmməd Dağlaroğlu və s. iştirak ediblər. 100 ədəd kitab Musa Yaqubun imzası ilə gənclərə hədiyyə edilib.