"1992-ci ildə Şuşanı tərk etmişik. 25 yaşım var idi və Şuşanın müdafiəsi uğrunda döyüşürdük. İndi həmin günləri yenidən xatırlayır və doğma yurda geri qayıtdığım üçün çox sevinirəm".
Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Şuşa sakini İsmayıl Abdullayev deyib.
"Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah ali baş komandan, Prezident İlham Əliyevi qorusun. Bizə qələbə sevinci yaşatdılar. 34 ildən sonra övladlarım və nəvələrimlə dədə-baba yurdumuza qayıdırıq. Oğlum da Vətən müharibəsi iştirakçısıdır. Elə bilirəm ki, 25 yaşımdayam və itirdiyim illəri yenidən yaşamaq istəyirəm", - deyə Şuşa sakini vurğulayıb.