"Allaha şükürlər olsun ki, Şuşaya geri qayıdırıq. Evə çatandan sonra qurban kəsəcəyimi əhd eləmişəm. Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin".
Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Şuşa sakini Zümrüd Abbasova deyib.
"23 yaşımda Şuşanı tək tərk etmişdim, indi isə həyat yoldaşım və qızımla geri qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur", - deyə Şuşa sakini əlavə edib.
Qaynar xətt:
(055) 224 12 12