Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, iyulun 12-si Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, yeniyetmə su götürmək istəyərkən çaya düşüb.
Qaynar xətt:
(055) 224 12 12