Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kənd Əhmədlidə çıxılmaz vəziyyət: "Kanalizasiya iyindən durmaq mümkün deyil"
Bakının Xətai rayonunda Babək prospektindən kənd Əhmədlinin içərisinə gedən yolda yaranan vəziyyət sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub ki, bir ilə yaxındır bu ərazi qazılıb.
"Bu vəziyyətə görə bir neçə evdə hətta yaşayış belə yoxdur. İnanın ki, burada kanalizasiya iyindən durmaq mümkün deyil. Qarşıdan isti havalar gəlir və bu halda xəstəliklərin yayılması qaçılmaz olacaq. Bu problemi həll etmək istəyən kimsə yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yaşanan hadisə ilə bağlı əsaslı araşdırmalar aparılıb.
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru təmir edilməlidir, qəzalı vəziyyətə düşən fərdi yaşayış evinin məhz kanalizasiya xəttinin üzərində tikilməsi bu işləri görməyə çətinlik yaradır. Məsələnin həlli istiqamətində xidmət tərəfindən bütün müvafiq addımlar atılıb, qurumlara hüquqi müraciətlər ünvanlanıb. Bir daha diqqətə çatdıraq ki, evin orada yerləşməsi işləri görməyə əngəl yaradır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Kanalizasiya problemi" teqi üzrə xəbərlər
- Yağışın yaratdığı problemlərin qarşısı necə alınacaq? - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
- Yasamalda kanalizasiya xətti DAŞDI
- Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu
- "Kanalizasiya dolur, ətrafa qanlı su axır" - SƏBƏB NƏDİR?
- Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?