Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə (103 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.