Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Komitə sədri məsciddən şəhidlərin fotolarının sökülməsinə münasibət bildirdi
Məsciddə şəhidlərin fotoları əks olunan plakatların sökülməsi düzgün deyil.
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir" məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara cavab verərkən deyib.
Onun sözlərinə görə, şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var:
"Şəhidləri bir-biri ilə müqayisə edib, fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə, bu, tamamilə doğrudur. Çünki bu, heç bir dinlə ziddiyyət təşkil etmir.
Qafqaz Müsəlmanları İdarəsinin builki fitvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fitvada bu deyilir.
Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yanlışdır".
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
Rəylər