Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Koronavirusun Azərbaycanda yayılmasının maksimuma çatdığı vaxt açıqlandı - RƏSMİ
“Koronavirusa yoluxma səviyyəsi 27-31 mart tarixlərində yüksək olub, aprel ayının əvvəlindən başlayaraq tətbiq edilən məhdudiyyətlər nəticəsində azalıb, 5-15 aprel tarixlərində isə minimuma enib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, yoluxma halları 46 faizə qədər azalıb:
“May ayının əvvəlindən başlayaraq yoluxma hallarının sayı təkrar artıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.
O qeyd edib ki, koronavirusa yoluxma halları 13 aprelə qədər artıb:
“Aprelin 27-də virusa yoluxma halları azalıb. 27 aprel-2 may tarixlərində yoluxma səviyyəsi sabitləşib. Mayın 2-dən bu günə qədər isə koronavirusa yoluxma halları davamlı şəkildə artıb”.
İlhamə Əbülfət
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Bakıda ağır qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
Rəylər