Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kürün suyu azalır: xeyli adacıq yaranıb, canlılar təhlükədə - VİDEO
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi iki metr aşağı düşüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, azalmanı daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə etmək mümkündür.
Suyun səviyyəsinin azalaraq iki metr aşağı düşməsi çayda xeyli adacıq əmələ gətirib.
Çayın rayon ərazisindən keçən hissəsində orta dərinlik 1,3 metr təşkil edir. Bu da son 30 ildə ən aşağı nəticədir.
Çayda suyun səviyyəsinin belə aşağı olması su nasoslarının da işində problemlər yaradır. Eləcə də su azlığı çayda yaşayan canlıların məhvinə səbəb ola bilər.
Mütəxəssislər hesab edirlər ki, Kür çayında yaranmış vəziyyət belə davam edərsə, gələcəkdə bioresursların məhv olması ilə ekoloji problem yarana bilər. Onlar bu hadisəni qlobal istiləşmə ilə də əlaqələndirirlər.