Lənkəranda 38 yaşlı kişi itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında “VAZ 21014” markalı avtomobilə minərək evə gedəcəyini deyib.
Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli