Lənkəran rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 98 kvadrat metr olan mənzilin mətbəxində mebel, bir ədəd pəncərə çərçivəsi və sanitar qovşağının giriş qapısı qismən yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.