Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:
“Maliyyə Nazirliyi Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır”.
Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq.
İlhamə Əbülfət