Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“London taksi”lərindən daha bir yenilik
Bakıda “London taksi”-lərinin sifarişi üçün yenilənən Dispetçer Mərkəzi yaradılacaq və 2014-cü ildən fəaliyyət göstərəcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu “Baku Taxi Company”nin rəhbəri İlqar Qasımov bildirib.
O deyib ki, gələn ildən Bakıda “London taksi”lərinin sifarişi daha asan üsulla həyata keçiriləcək:
“2014-cü ildə sərnişinlərin rahatlığı üçün yeniliklər tətbiq etmək niyyətindəyik. Bunun əsas vacib hissəsi sərnişinlərin rahat sifariş etmək imkanıdır. “Baku Taxi Company” şirkəti yarandığı ilk gündən mərkəz mövcud idi, lakin fəaliyyəti qənaətbəxş deyil və çağrı standartlarına uyğun gəlmir.
Burada quraşdırılan sistem sərnişinlərin sifarişini tam şəkildə qarşılamağa çətinlik törədir. Hazırda yeni texnologiyalar əsasında Dispetçer Mərkəzinin qurulmasına ehtiyac var ki, sifariş edən müştəri taksi ilə tez təmin olunsun. Bunun üçün Bakıda tamamilə yenilənən Dispetçer Mərkəzi yaradılacaq”.
İ.Qasımov söyləyib ki, məqsəd telefon nömrəsi üzərində daha asan sifariş etməklə sərnişinlər operativ şəkildə taksi xidməti ilə təmin olunmasıdır.
“Bunun üçün taksi fəaliyyəti inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanacağıq. Bu ölkələrdə sifarişlərin operativ həyata keçirilməsi üçün qurulan sistemlərdən ən optimalı Dispetçer Mərkəzində tətbiq ediləcək. Mövcud olan innovasya sistemlərini tətbiq etməklə daha operativ şəkildə sərnişinlərin ehtiyyaclarını qarşılayacağıq.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək