Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, QMİ-dən verilən məlumata görə, yeni 1435-cü ilin başlanğıcı-Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə təsadüf edilir.
Fətvada Aşura günü cari ilin noyabrın 14-nə təsadüf edilir:”Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub”.
Fətvada daha sonra vurğulanır:
“Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili ən münasib əzədarlıq nümunəsi kimi örnək olmalıdır”.