"Doğma yurda qayıtmağı sözlərlə ifadə etmək çətindir. Həm kövrəlirəm, həm də sevinirəm. Bu günün sevincini yaşamağı həmişə arzulamışıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Raqif Valeh oğlu Gülüşov deyib.
O bildirib ki, 30 ildən sonra doğma yurduna qayıdır:
"Allah Prezidentimizə cansağlığı versin. Onun siyasi şücaəti nəticəsində Ordumuz qələbə qazandı. Şəhidlərimizin əziyyəti unudulmazdır. Qazilərimizə isə sağlam ömür arzu edirəm".
Məhərrəm Əliyev