İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Quşencə kəndində dünən axşam saatlarında kənd sakini, 1993-cü il təvəllüdlü Şəhriyar Vahid oğlu Babazadənin idarə etdiyi “Ford Transit” və Arzu Məcidovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
10:35
İsmayıllı rayonu, Qusencə kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət