Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Mixaylo"nun müəmmalı ölümü: Onu kim satdı?
Onun adı Mehdi idi. Almanlar ona "Mixaylo" deyirdilər - qorxulu yuxuları, partizan hiylələrinin ustası, görünməyən kölgə.
Bakının Novxanı kəndində doğulmuşdu. Rəssam olmaq istəyirdi, Leninqradda təhsil alırdı. Ancaq müharibə başlayanda yolunu dəyişib silaha sarıldı. Almanların içinə sızdı. Onların dilində danışdı, hərbi formalarını geyindi. Ən strateji obyektlər havaya uçurulanda heç kim onun izinə düşə bilmədi. Çünki o artıq bir əfsanəyə çevrilmişdi.
Onun başına mükafat qoyulmuşdu. Amma o, son ana qədər döyüşdü. Filmlərə ilham verən ölüm səhnəsində, yəni mühasirəyə alınanda təslim olmadı. Özünü qumbara ilə partladaraq həlak oldu. "Mixaylo" haqqında dedi-qodular da yayıldı. Guya almanların tərəfinə könüllü keçmişdi. Amma yazdığı məktublar, şeirlər və silahdaşlarının xatirələri bu yalanlara cavab idi.
O, sadəcə "Mixaylo" deyildi. Adı Mehdi idi. Azərbaycanlı Mehdi Hüseynzadə.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
- Bakıda meyit TAPILDI: "Cavandır, deyirlər ki, narkoman olub"
- Prezidentin Albaniya səfərindən maraqlı detallar
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Xəbərlərin 20:00 buraxılışı
- Xanımların estetik prosedurlara marağı dəbdir, yoxsa zərurət?