Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı - RƏSMİ
“Naxçıvan Muxtar Respublikasında koronavirusdan 11 nəfər vəfat edib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, Naxçıvanda 10 minə yaxın test aparılıb:
“Şübhəli şəxslər üzərində, daha dəqiq desək, 9290 test aparılıb. Aparılan araşdırmalar nəticəsində 142 yoluxma halı qeydə alınıb. Yoluxan şəxslərdən 126-sı sağalıb, 11 nəfər isə vəfat edib. Hazırda isə xəstəxanalarda beş nəfər aktiv xəstə müalicəsini davam etdirir”.
Könül Cəfərli