Naxçıvan şəhərinin bəzi yerlərində iyunun 10-da içməli suyun verilişi dayandırılıb.
Oxu.Az xəbər verir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 10-u saat 10:00-dan müəyyən ünvanlara suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq.