Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirin müşaviri “Məktəblinin dostu” layihəsinin məqsədindən danışdı
“Məktəblinin dostu” layihəsindən məktəblərdə şagird və müəllimlərin təhlükəsizliyinin təmin olunmasında istifadə ediləcək.
Oxu.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, xüsusilə Bakı, Sumqayıt və Abşeronda yerləşən məktəblərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində əməkdaşlar olacaq:
“Onlar məktəbdə şagirdlərə sosial məsafənin qorunmasını, dezinfeksiya məhlullarından istifadəni öyrədəcəklər. Dərslər bitdikdən sonra şagirdlərin sıxlıq olmadan məktəb binasını tərk etmələri üçün şərait yaradacaqlar”.
Könül Cəfərli
"Abşeron" teqi üzrə xəbərlər
Ən çox oxunanlar