Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu.
Valideyn bu iddia ilə sosial şəbəkədə paylaşım edib.
Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında sistem şlanqı tapılmır?
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşın sözlərinə görə, övladının qızdırması yüksəldiyi üçün Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına gediblər. Sistem şlanqı olmadığından övladına yardım göstərilməsi üçün özü lazımi tibbi ləvazimatları alıb.
Pasiyentlərin isə tibbi ləvazimat tələbi ilə bağlı fikirləri birmənalı olmayıb.