Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhvəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğın artıq lokallaşdırılıb:
"Ərazi nəzarətə götürülüb. Profilaktik tədbirlər baxımından ərazidə yenidən yanğının baş verməməsi üçün əməkdaşlarımız tərəfindən növbətçilik sistemi təşkil edilib".
18:21
Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində də yanğın hadisəsi baş verib.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib.
O qeyd edib ki, bir qrup əməkdaş Oğuzdakı yanğının, digər qrup isə Qəbələdəki yanğının söndürülməsinə çalışır. Hazırda hər iki rayonda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Lakin küləyin güclü olması yanğınların söndürülməsinə çətinliklər yaradır.