"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Orxan Əhmədzadəyə daha bir vəzifə verilib.
Belə ki, o, bundan sonra baş mühəndisin müavini vəzifəsini də icra edəcək.

Qaynar xətt:
(055) 224 12 12