Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq qaynar xəttinə 3635 zəng daxil olub.
Oxu.Az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə vurğulanıb ki, zənglərdən 145-i şəhər telefonundan, 2 617-i mobil nömrədən, 873-ü isə sosial platformalardan ("Instagram", "Facebook", elektron poçt, veb-sayt) edilib.
Həmçinin o da vurğulanıb ki, 2010-2024-cü illər aralığında qaynar xəttə müraciət edənlərin sayı 75 600 olub.
Mərahim Nəsib