Azərbaycanda ilk dəfə 100-ə yaxın geyim brendi ilə yanaşı, “Park Bulvar” AVM-də fəaliyyət göstərən restoran, kafe, əyləncə mərkəzləri xidmət və məhsullarına əhəmiyyətli endirimlər təklif edir.
Buna səbəb “Park Bulvar” AVM-də başlayan endirim festivalıdır! Ancaq “Park Bulvar”da reallaşan sərfəli endirim aksiyası yanvarın 31-ə qədər davam edəcək. Qarderobunuzu yeniləməyə, eləcə də dostlarınızla, ailənizlə xoş vaxt keçirtməyə tələsin. Lakin “Park Bulvar” AVM-də ticarət mərkəzinin dəbli butikləri endirimlərdən başqa çoxsaylı promo aksiyalar da keçirdəcək.
Belə ki, “MyBrands” mağazalar şəbəkəsinə aid “Tara Jarmon”, “BCBGMAXAZRIA”, “Juicy Couture”, “Coccinelle”, “Adidas” və başqa mağazalarda “MyBrands” endirim kartı sahibləri artıq mövcud və bir çox mağazada 50%-ə çatan endirimdən əlavə 10% güzəşt də əldə edə biləcək.
“Park Bulvar” AVM-in istənilən mağazasından alış-veriş çeki gətirməklə “İl Patio”, “Woki Okir”, “Kuku”, “Yedoy” və başqa restoran və kafelərdə endirim də əldə edə biləcəksiniz. Bütün mağazalarda, o cümlədən “French Connection”, “Karen Millen”, “Oasis” mağazalarında festival çərçivəsində 50% endimlər var. Endirimlər bütün mağazalarda, həmçinin zinyət əşyaları və kosmetika mağazalarına da aiddir.
“AlmaStore” da festivala qatılacaq müştəriləri xüsusi endirimlə sevindirəcək. Festival çərçivəsində restoran və uşaq əyləncə mərkəzinin hazırladığı xüsusi surpriz də ürəyinizcə olacaq: “Happy Land” uşaq əyləncə mərkəzində 10 AZN balans yükləyən “Krusti Krab” restoranında 20% endirim əldə edə biləcək. Alış-veriş çekini göstərən hər bir şəxs “McDonalds”dan ödənişsiz “Konus” dondurması ala bilər.
“Park Cinema”da kinoya bilet alan hər kəs “Coffee Shop”da ödənişsiz çay və ya qəhvəyə qonaq olacaq. “Park Bulvar” endirim festivalı çərçivəsində əyləncəli tədbirlər keçiriləcək, hədiyyələr paylanacaq. Kosmik sərgüzəştlər, sualtı və yeraltı aləmdən bəhs edən “Tusi Bohm Planitarium”da isə festival boyunca 2 AZN bilet almaq mümkündür. Bayram ab-havası yanvarın 31-ə qədər davam edəcək. Endirim həvəskarları tələsin: çünki uyğun qiymətə olan məhsulları daha tez ala biləcəksiniz.
“Park Bulvar” hər kəsə uğurlu alış-veriş, Yeni ildə unudulmayan və xoş anlar arzu edir!
A.S.
www.oxu.az