Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"
Paytaxtın Xocalı prospektində yerləşən parklanma məntəqəsi sürücülərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Qeyd edilib ki, Xocalı prospekti, 13 ünvanında parkinqə giriş üçün xüsusi xətt çəkilsə də, çıxış üçün heç bir işarə yoxdur.
"Bu səbəbdən sürücülər parkinqi tərk edərkən məcburən avtobus zolağı ilə hərəkət etməli olurlar. Nəticədə isə ərazidəki kameralar onları çəkir və cərimə yazılır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Oxu.Az-ın sorğusuna cavabından belə məlum oldu ki, şikayət üçün heç bir əsas yoxdur.
"Xətai rayonunun Xocalı prospektində avtobus zolağı və parklanma məntəqələri yolun hərəkət hissəsinin sağında yanaşı yaradılıb. Parklanma yerinə daxil olmaq və oradan çıxmaq üçün xüsusi hərəkət zolağında qırıq xətlərlə giriş və çıxış təşkil edilib.
Hərəkət iştirakçılarına yol cizgi xətlərinin tələblərinə riayət etmək tövsiyə olunur", - deyə qurumun açıqlamasında bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
- Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR
- Yük avtomobillərində arxa duman işığı "dəb"i: Hansı CƏRİMƏ GÖZLƏYİR?
- Bakıda məktəbin hasarı fərdi evin həyətindən keçir - Sakinlərdən ŞİKAYƏT
- Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir
Rəylər