Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident: “Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”
Ermənistanın planı bu təxribatı törədərək Azərbaycan torpaqlarını işğal etməkdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğal ilə hədələməyə çalışırdı. Bu gün Ermənistan Hərbi siyasi rəhbərliyinin məqsədi budur.
Bu sözləri Prezident İlham Əliyev xalqa müraciət edərkən deyib.
Ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın digər səbəbi Ermənistanın çox ciddi iqtisadi-sosial məsələlərdir:
“Onlar ölkə əhalisinin diqqətini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb isə Ermənistan cəhd edir ki, danışıqlar prosesi pozulsun. Mən deyə bilərəm ki, onlar buna nail olub. Riyakar, qeyri-konstruktiv və yalançı siyasətləri nəticəsində hazırda danışıqlar dayanıb. Növbəti təxribatın törədilməsi də budur. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi və öz ərazi bütövlüyünü qorudu. Ordumuz bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq. Əfsuslar olsun ki, bu Ermənistana dərs olmadı.
Onlar avqust ayında yeni təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır. Hazırda onun ifadələri də göstərir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlib. Terror aktları mülki əhali və hərbçilərimizə qarşı yönəlmişdir",-deyə Prezident əlavə edib.
Dövlət başçısı söyləyib ki, Ermənistan tərəfi növbəti təxribatı isə bu gün törədilib.
"Onlar bu dəfə də layiqli cavablarını alıblar və alacaqlar”.
Könül Cəfərli
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
Rəylər