Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( “Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən alternativ yolla hərəkət etmələri tövsiyə olunur.