Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq, barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, daha 2 nəfər - Aslan Avqazaroviç Btutukayev (Aslan Avgazarovich Btutukaev), Ayrat Nasimoviç Vahitov (Ayrat Nasimovich Vakhitov) siyahıya əlavə olunub.
Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.
Ülviyyə R. Əli
www.oxu.az