Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qaradağda naməlum şəxs ağac kəsməyə CƏHD EDİB
Qaradağ rayonu ərazisində ağacın məhv edilməsinə cəhd olunub.
Oxu.Az xəbər verir ki, Səngəçal qəsəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmək məqsədilə ağac ciddi zədələnib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Ağacın zədələnməsi ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.
Araşdırma zamanı Səngəçal qəsəbəsi, Mübariz İbrahimov küçəsində, yaşıllıq sahədə bir ədəd qarağac ağacının gövdə hissəsindən zədələnərək məhv edildiyi müəyyən olunub.
"Faktla bağlı akt tərtib olunub. Təqsirkarın müəyyən olunaraq barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə toplanmış sənədlər Qaradağ Rayon Polis İdarəsinə göndərilib", - deyə Q.Ağayev bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda