Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının sürətinə məhdudiyyət qoyulub.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, güclü yağış nəticəsində qatarların hərəkətində ləngimələr qeydə alınıb.
Könül Cəfərli