“E-TƏBİB tətbiqinin məqsədi evdə sağlamlıq vəziyyətinə nəzarət etməkdir”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, proqram vasitəsilə xəstələrə suallar ünvanlanır və vəziyyətləri nəzarətdə saxlanılır:
“Əgər şəxsin vəziyyəti stabil olaraq qalmırsa, kəskinləşirsə, onlar tibb müəssisələrinə yerləşdirilir. Əks təqdirdə bu proqramla nəzarət davam etdirilir”.
Könül Cəfərli