Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ramin Bayramlı: “Rayonlara gediş-gəlişin dayandırılması, evdə qalmaq məcburən verilmiş qərardır”
“Rayonlara gediş-gəlişin dayandırılması, evdə qalmaq məcburən verilmiş qərardır. Əgər hipodinamiya olacaqsa, bunun çarəsinə baxılmalıdır. Evdə xüsusi idman hərəkətləri etmək mümkündür”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, xəstəlik lokallaşdırılmasa, infeksiya daha çox əraziyə yayılmış olacaq.
Ramin Bayramlı həmçinin ağciyərlərində “buz şüşə” sindromu aşkarlanan xəstələrlə bağlı fikrini bildirib:
“Rentgendə ağciyərlərində “buz şüşə” çıxan 600-dən çox müalicə alan xəstə var. Onları da koronavirus xəstəsi kimi müalicə edirik”.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Bayram tətili günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
- Qusarda baş verən qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
- Perinatal ölüm göstəriciləri niyə yüksəlir? - SƏBƏBLƏR və HƏLL YOLLARI
- Yeni il bayramında neçə nəfər zəhərlənib?
- Peyvənd tələb edən xəstəlik: Hansı hallarda ağırlaşa bilər?
Rəylər