DVB-T2 rəqəmsal televiziyanın kommersiya paketi Qubada mart ayının ortalarında istismara veriləcək.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-dən veriblər.
Kommersiya paketi, həmçinin yaxın rayonlarda da (Qusar, Xaçmaz, Şabran və d.) istifadə oluna biləcək.
Rəqəmsal kommersiya paketinə qoşulma tarifi Gəncədə fəaliyyət göstərən paketin tarifinə (52 AZN) müvafiq olacaq.
Məbləğə aylıq abunə, tünerin və SMART-kartın ödəməsi daxildir.
Kommersiya paketinin aylıq qiyməti 6 manatdır (Trend).