2018-ci il Azərbaycan-Rusiya siyasi əlaqələri baxımından olduqca məhsuldar il oldu.
Oxu.Az “Moskva-Baku.ru”ya istinadən xəbər verir ki, 2019-cu ilin gəlişi ərəfəsində nüfuzlu rusiyalı siyasətçilər və diplomatlar Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.
Olqa Qolodets – RF-nın baş nazir müavini
Azərbaycan bizim çox yaxın və yaxşı tərəfdaşımızdır. Azərbaycan mədəniyyətinə, onun idman sahəsindəki nailiyyətlərinə, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin indiki vəziyyətinə böyük ehtiramla yanaşırıq. Rusiya –Azərbaycan əlaqələri inkişaf edir. Bu ilk növbədə mədəniyyət və humanitar istiqamətlərdə ikitərəfli münasibətlərin inkişafına böyük diqqət göstərən İlham Heydər oğlu Əliyevin yürütdüyü siyasətin sayəsində mümkün olur.
Mənə elə gəlir ki, Rusiya və Azərbaycanın yaxşı keçmişi və böyük gələcəyi var. Bu gün rusiyalılar adından bütün azərbaycanlıları Yeni İl münasibətilə təbrik edirəm və cansağlığı və əminamanlıq arzulayıram!